AZ

Rusiya raketində İran peyki | VİDEO

AzVision.az xəbər verir ki, İran mediasının məlumatına görə,İran tele-radio şirkətinə (IRİB) məxsus peyk Qazaxıstanın “Baykonur” kosmodromundan buraxılıb. “Jam-e Jam-1” Rusiyanın peykinin yerləşdiyi “Proton-M” daşıyıcısı ilə havaya qalxdıqdan bir neçə dəqiqə sonra orbitə şıxarılıb.

Peyk interaktiv kütləvi yayım xidmətlərinin əsasını qoyaraq, yerüstü ictimai yayım stansiyalarına interaktiv audio və video siqnalların ötürülməsi üçün nəzərdə tutulub.

“Tasnim News” agentliyinin məlumatına görə, orbitə buraxılma İranın Rusiya ilə əməkdaşlıq çərçivəsində öz geostasionar peyk yayım platformalarının yaradılması istiqamətində atdığı ilk texniki addımdır.

İran Kosmik Agentliyinin (ISA) rəhbəri Hassan Salarieh bu ayın əvvəlində bildirib ki, martın 20-də cari İran təqvim ilinin sonuna qədər əlavə peyklər buraxmaq və yeni kosmik layihələrə başlamaq planları davam edir.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
2
azvision.az

3Mənbələr