Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, İran mediasının məlumatına görə, İran tele-radio şirkətinə (IRİB) məxsus peyk Qazaxıstanın “Baykonur” kosmodromundan buraxılıb. “Jam-e Jam-1” Rusiyanın peykinin yerləşdiyi “Proton-M” daşıyıcısı ilə havaya qalxdıqdan bir neçə dəqiqə sonra orbitə şıxarılıb. Peyk interaktiv kütləvi yayım xidmətlərinin əsasını qoyaraq, yerüstü ictimai yayım stansiyalarına interaktiv audio və video siqnalların ötürülməsi üçün nəzərdə tutulub. “Tasnim News” agentliyinin məlumatına görə, orbitə buraxılma İranın Rusiya ilə əməkdaşlıq çərçivəsində öz geostasionar peyk yayım platformalarının yaradılması istiqamətində atdığı ilk texniki addımdır. İran Kosmik Agentliyinin (ISA) rəhbəri Hassan Salarieh bu ayın əvvəlində bildirib ki, martın 20-də cari İran təqvim ilinin sonuna qədər əlavə peyklər buraxmaq və yeni kosmik layihələrə başlamaq planları davam edir.
Iran’s state broadcaster on Thursday said the country has successfully launched its first geostationary telecommunications satellite, “Jam-e Jam 1” (Iran DBS), from Baikonur Cosmodrome in Kazakhstan.The satellite was placed into orbit by a Russian Proton-M rocket alongside… pic.twitter.com/1fyJtUKK9B
— Iran International English (@IranIntl_En) February 12, 2026
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.