AZ

Tramp Ukrayna danışıqlarından geri çəkilə bilər


ABŞ Prezidenti Donald Tramp 2026-cı il aralıq konqres seçkiləri yaxınlaşdıqca yaxın həftələrdə administrasiyasının Ukraynadakı münaqişənin həllində iştirakını dayandıra bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Atlantic” qəzeti məlumat yayıb.
Nəşrin yazdığı kimi, Tramp qarşıdakı həftələrdə seçki kampaniyasına daha çox diqqət ayıra və bu da onu Ukrayna ilə bağlı danışıqlar prosesindən çəkilməyə sövq edə bilər.
Nəşr qeyd edir ki, Tramp geri çəkilmək üçün növbəti həftələrdə danışıqların siyasi uğursuzluq olduğuna qərar verə bilər. Daha sonra o, diplomatik uğursuzluğuna görə məsuliyyəti ya Moskvanın, ya Kiyevin, ya da hər iki tərəfin barışmazlığı ilə əlaqələndirə bilər.
Seçilən
41
yeniavaz.com

1Mənbələr