AZ

ABŞ nin ən müasir aviadaşıyıcısı Yaxın Şərqə göndərilir: Bölgədə gərginlik artır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-nin "Gerald R. Ford" aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Karib dənizindən Yaxın Şərqə dislokasiya olunacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri öz mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, gəmi ekipajına bildirilib ki, Fars körfəzində "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupuna qoşulacaq.

Nəşr xatırladır ki, "Gerald R. Ford" ötən ilin iyun ayında Virciniyada ştatındakı Norfolk limanını tərk edib və oktyabr ayında Karib dənizinə istiqamətləndirilib. Aviadaşıyıcı yanvarın 3-də Karakasa edilən hücuma cəlb edilib, gəminin yerləşdirilmə müddəti bundan əvvəl artıq bir dəfə uzadılmışdı.

Nəşr vurğulayır ki, ekipaj mart ayının əvvəlində bazaya dönməyi nəzərdə tutsa da, yeni dislokasiya səbəbindən dənizçilərin evə qayıdışı, ehtimal, aprelin sonu və ya mayın əvvəlinə qədər təxirə salınacaq.

NYT əlavə edir ki, bu vəziyyət gəmiyə tələb olunan texniki qulluğun vaxtında həyata keçirilməsini ləngidəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
oxu.az

2Mənbələr