AZ

Ötən ay Dövlət Miqrasiya Xidmətinə ən çox zəng müvəqqəti yaşama icazəsi üçün edilib

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin yanvar ayı ərzində 5348 zəng cavablandırılıb.

Qəbul edilən zənglərin 1508-i müvəqqəti yaşama icazəsi, 131-i müvəqqəti olma müddətinin uzadılması, 433-ü vətəndaşlıq məsələləri, 547-i olduğu yer üzrə qeydiyyat, 427-i daimi yaşama icazəsi, 690-ı iş icazəsi, 178-i inzibati xəta, 1434-ü isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Seçilən
64
2
teleqraf.com

8Mənbələr