FİFA “Atletik”i yeni futbolçuların qeydiyyatına qadağa qoyulan klublar reyestrinə daxil edib.
Publika.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Qeyd olunur ki, transfer qadağası üç transfer pəncərəsini əhatə edəcək: 2026-cı ilin yay, 2027-ci ilin qış və 2027-ci ilin yay dönəmləri.
Hələlik nə klub, nə də FİFA tətbiq olunan sanksiyalarla bağlı rəsmi açıqlama verməyib.