Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilib ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində 13–14 fevral tarixlərində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa keçiriləcək.