AZ

Səfir: "Rusiya qazının İrana tədarükü haqqında müqavilə hazırlanır"

Rusiya qazının İrana tədarükü haqqında müqavilə hazırlanır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bu gün Həştərxanda jurnalistlərə bildirib.

"Biz hazırda müqaviləni hazırlayırıq. İran tərəfindən heç bir problem yoxdur. Biz Rusiyanın yüksək vəzifəli hakimiyyət nümayəndələri ilə artıq danışıqlar aparmışıq. Bu müqaviləni imzalacağımız halda sözügedən layihəni həyata keçirməyə başlaya bilərik. Texniki məsələlərə gəlincə, layihənin həyata keçirilməsi - boru kəmərlərinin tikintisi və s. - yəqin ki, 2-3 il vaxt aparacaq", - o qeyd edib.

Rusiyanın energetika naziri Sergey Tsivilyov 2025-ci ilin aprelində bildirmişdi ki, birinci mərhələdə mövcud infrastruktur üzrə Rusiyadan İrana ildə 1,8 milyard kubmetr qaz tədarük edilə bilər. Tədarük potensialı ildə 55 milyard kubmetr həcmində qiymətləndirilir.

Seçilən
25
far.az

1Mənbələr