AZ

Azərbaycan və ABŞ nin baxışları bir birinə yaxındır

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cənab Vensin səfəri göstərdi ki, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionunun gələcək inkişafına dair baxışları bir-birinə yaxındır. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, Xəzər dənizindən Avropaya qədər uzanan geniş bir regionun maraqlarına xidmət edir. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova bildirib. 

Sahibə Qafarova qeyd edib ki, dünyanın ən qüdrətli dövlətlərindən biri ilə ölkəmizin əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi bir çox hallarda Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində mümkün olmuşdur.

"Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji və nəqliyyat layihələrinin əsas iştirakçısı, müstəqil xarici siyasət yürüdən bir dövlət kimi böyük nüfuz qazanmışdır."

Spiker bildirib ki, regionumuzun dərin dəyişikliklərə məruz qaldığı bir şəraitdə Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə sadiq qalır.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün yaradılmasına Birləşmiş Ştatların, xüsusilə Prezident cənab Donald Trampın verdiyi töhfəni yüksək qiymətləndiririk. ABŞ-nin dəstəyi Cənubi Qafqazda sabitliyin və ədalətli sülhün bərqərar olmasında müstəsna rol oynayır, eyni zamanda iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar açır. Əminliklə demək olar ki, səfər çərçivəsində əldə edilmiş razılaşmalar ABŞ–Azərbaycan münasibətlərinin ardıcıl və dinamik inkişafını təmin edəcək, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır” – o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
modern.az

2Mənbələr