AZ

Bələdiyyələrə sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər – Komitə sədri

Bakı. Trend:

Yerli özünüidarəetmənin daha səmərəli və funksional institutkimi formalaşdırılması üçün sistemli islahatların həyatakeçirilməsi zəruridir. Bələdiyyələrin fəaliyyətini komplekstənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçkimexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkiliməqsədəuyğundur.

Trend xəbərverir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədriSiyavuş Novruzov parlamentin bugünkü plenar iclasındabələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsiilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsininmüzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, institusional sabitliyin təminedilməsi üçün dövlət qulluqçularının statusuna uyğun sabitbələdiyyə qulluqçuları korpusunun, o cümlədən icra katibliyi vəaparat əməkdaşlarının formalaşdırılması vacibdir. Eyni zamanda, irişəhərlərdə vahid “Böyük şəhər bələdiyyəsi” modelinin yaradılmasıimkanları nəzərdən keçirilməlidir.

“Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətininqanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirənxəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənineffektivliyini artıracaq.

Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişəttullantılarının idarə olunması səlahiyyətlərinin müvafiqresurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantıpoliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi,vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi,habelə vergi intizamının təmin edilməsi üçün sanksiyamexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər.

Bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansınaverilməsi və “Bələdiyyələrin operativ təminat fondu”nun yaradılmasıyerli problemlərin çevik həllinə xidmət edəcək”, - deyə S.Novruzovqeyd edib.

Məqalədə:
Seçilən
124
1
az.trend.az

1Mənbələr