AZ

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər - Foto

13-14 fevral 2026cı il tarixlərində Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsindəAzərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəflidəyirmi masa keçiriləcək..

Poliqon xəbər verir ki, "Sülh Körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, dəyirmi masada hər iki tərəfdən dahageniş iştirakçı qrupu da təmsil olunacaq.

Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək delimitasiya vədemarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistan ərazisinə daxil olmuşdur. Bu, iki ölkəarasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.

Müzakirələr zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust2025-ci il tarixində Vaşinqton Sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələnprosesləri müzakirə edəcəklər.

Ayrı-ayrı sessiyalar formalaşmaqda olan regional təhlükəsizlik arxitekturasına, sülhünüstünlüklərinə, iki cəmiyyətdə cəmiyyətlərarası münasibətlər qurulmasının ictimai qavrayışına, iqtisadi əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı anlaşma və etimadın təşviqində vətəndaşcəmiyyətinin roluna həsr olunacaq.

Ermənistan tərəfdən iştirakçılar:

1.​Areq Koçinyan - Koordinator, Ermənistan Şurasının prezidenti.

2.​Boris Navasardyan - Yerevan Press Klubunun fəxri prezidenti.

3.​Naira Sultanyan - Demokratiyanın İnkişafı Fondunun direktoru.

4.​Narek Minasyan - Ermənistan Şurasının eksperti.

5.​Samvel Meliksetyan - Ermənistan Şurasının eksperti.

6.​Stepan Qriqoryan - Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarəHeyətinin sədri.

7.​Edqar Vardanyan - Ermənistan Şurasının eksperti.

8.​Robert Qevondyan - Ermənistan Şurasının eksperti.

9.​Lusine Xaratyan - Yazıçı və mədəni antropoloq.

10.​Nelli Minasyan - Tarix üzrə fəlsəfə doktoru, dosent, türkoloq.

11.​Davit Stepanyan - 1in.am-da siyasi şərhçi, Ermənistan Beynəlxalq Təhlükəsizlik vəMünasibətlər İnstitutunun eksperti.

12.​Ruben Babayan - Yerevan Kukla Teatrının bədii rəhbəri.

13. Eldar Həmzəli - tədqiqatçı

14. Sənan Rzayev - CBC televiziya kanalının aparıcısı

15. Gülşən Axundova - Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri

16. Emin Əliyev - Trend informasiya agentliyinin baş redaktoru

17. Orxan Babayev - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

18. İlyas Hüseynov - Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri

19. Fuad Ağamalıyev - CBC mühəndis-texniki departamentinin direktoru.

Poliqon.info

Seçilən
8
13
poliqon.info

10Mənbələr