AZ

Məhkəmə Qiymətləndiricilər Palatasının qərarını qanunsuz saydı

2026-cı il fevralın 11-də Yasamal Rayon Məhkəməsi Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Azərekspertiza” Birliyi haqqında qəbul edilmiş qərarı qanunsuz hesab edib.

"Cebheinfo.az" xəbər verir ki, “Azərekspertiza” Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, məhkəmə qərarı ilə Palatanın rəsmi portalında “Azərekspertiza”nın “fəaliyyəti dayandırılmış qiymətləndirici təşkilat” kimi qeyd edilməsi qanunsuz hesab olunub.

Bundan əlavə, Qiymətləndiricilər Palatasının rəsmi veb-səhifəsində təkzib mətninin dərc edilməsi və “qiymətləndirici təşkilatlar” siyahısına Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyini əlavə etmələri qərara alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq Qiymətləndiricilər Palatasının qeyri-kommersiya hüquqi şəxsi kimi qiymətləndirici təşkilatların fəaliyyətinə xitam verməsi, ləğvetməsi və ya tərəfindən digər tədbirlərin tətbiqi qanunla nəzərdə tutulmayıb.

Bildirilib ki, qiymətləndirmə fəaliyyəti sahəsində şəffaflıq və qanun etimadın təməli və bütün sistemin sabitliyinin əsas təminatıdır: “Məhz bu məqsədlər üçün Azərbaycan Qiymətləndiricilər Palatası yaradılıb. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün biz buna əks prosesin şahidi oluruq. Qanunu qorumalı olan təşkilat özü onu pozmağa başlayıb. 50 ildən çox bu sahədə fəaliyyət göstərən “Azərekspertiza” Birliyi məhkəmə qərarını qanunun aliliyinin və qiymətləndirmə sahəsində hüquqi dəqiqliyin təminatı baxımından əhəmiyyətli hesab edir və gələcəkdə yenidən bu kimi qanun pozuntuları yaşanarsa, hüquqlarının qorunması üçün qanuni vasitələrdən istifadə edəcək”.

"Cebheinfo.az"

Seçilən
19
12
cebheinfo.az

10Mənbələr