AZ

9 mindən çox inzibati akt icraata götürülüb Nazir müavinindən mühüm statistika

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli müvafiq Qanunu ilə Mülki Prosessual Məcəlləyə və "İcra haqqında" Qanuna edilmiş son dəyişikliklərə əsasən, bələdiyyə orqanlarının səlahiyyətlərində mühüm yenilik edilib. Belə ki, artıq bələdiyyələr icra sənədlərini "Elektron icra" informasiya sistemi vasitəsilə birbaşa icraat üçün yönəltmək hüququna yiyələniblər".

Oxu.Az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı məlumat verib.

O, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun 2025-ci il üzrə illik hesabatını təqdim edərkən bu məsələyə xüsusi diqqət çəkib.

"Prosesin rəqəmsallaşdırılması məqsədilə bələdiyyələr üçün "Elektron icra" informasiya platformasında xüsusi elektron kabinetlər yaradılıb. Bu yenilik sənədlərin həmin kabinetlər üzərindən daha çevik və operativ şəkildə icraya yönəldilməsinə geniş imkanlar yaradır".

Nazir müavini statistik göstəriciləri də diqqətə çatdıraraq vurğulayıb ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9 696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
oxu.az

1Mənbələr