AZ

Prezident cəmi 4 saat yataraq bütün dünyanı bu cür izləyir

ABŞ Prezidenti Donald Tramp tez-tez şikayət edir ki, sevdiyi xəbərlər qəzetlərin ön səhifəsində çıxmır. Məsələn, dərman qiymətlərinin azaldılması barədə razılıq imzaladıqdan sonra o, “New York Times”ın xəbəri adi bir xəbər kimi yazdığını və arxa səhifəyə qoyduğunu deyərək gileylənib.

“Yeni Sabah” bildirir ki, “Real ClearPolitics” yazır ki, Tramp üçün ön səhifənin yerləşməsi hələ də önəmlidir, rəqəmsal abunəlik və onlayn yayımlar isə onu o qədər də maraqlandırmır.

Prezident bütün böyük qəzetlərin çap nüsxələrini oxuyur. Onun oxuduqları arasında “New York Times”, “New York Post”, “Washington Post”, “Wall Street Journal”, həmçinin “USA Today” və “Financial Times” var. Oxuduğu zaman qələmlə qeydlər aparır və bəzən yazıları müəlliflərinə geri göndərərək fikrini bildirir.

Günə başlamazdan əvvəl Tramp Ağ Evdə televizor kanalları arasında keçid edir. “Fox & Friends” onun ən sevimli proqramıdır. Bununla yanaşı, CNBC, CNN və digər kabel kanallarını da izləyir. Bəzi xəbərlər onu dərhal tədbir görməyə sövq edir, məsələn, Baş Prokuror, Nəqliyyat və Ticarət nazirinə zəng etmək kimi.

Prezident xəbərləri tez-tez qrupunun köməkliyi ilə alır. Müsbət xəbərlər böyüdülür, mənfi xəbərlər isə bəzən “saxta” kimi göstərilir. Trampın əməkdaşları deyir ki, prezident insanları xəbərdən aldığı məlumat əsasında qiymətləndirir.

Trampın köməkçisi Natali Harp ona xəbərləri hər zaman çatdırır və “printer adam” ləqəbi alıb. O, portativ printerlə istənilən xəbəri çap edib prezidentə operativ şəkildə təqdim edir.

Prezident həmçinin “intercept” adlanan yolla, yəni Konqres üzvləri və digər şəxslərdən gələn mesajlarla da xəbər alır.

Televiziya və qəzetlər Trampın gündəlik həyatının ayrılmaz hissəsidir. O, çox az yatır, bəzən yalnız dörd saat. Buna baxmayaraq, hər şeydən xəbərdar olmaq onun prioritetidir. Ağ Ev sözçüsü Liz Huston bildirib ki, Tramp xəbərləri daim izləyir ki, nailiyyətlərini vurğulaya bilsin və media yalanlarını ifşa etsin.

Politoloq Marta Joynt Kumar isə deyir ki, bu vərdiş Trampın biznes sahəsi və televiziyada keçirdiyi illərdən gəlir. O, əvvəllər “New York” tabloidləri ilə işləyərək media ilə necə davranacağını öyrənib.

Ağ Ev heyəti onun geniş və sürətli xəbər ehtiyacını qarşılamağa çalışır. İqtisadiyyat xəbərlərinə xüsusi diqqət yetirilir, lakin Trampın ilk sualı həmişə eynidir: “Nə yazırlar?”

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr