AZ

Şadlıq sarayları da qiymətləri qaldırdı SƏBƏB

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son vaxtlar paytaxtda və bölgələrdə addımbaşı rast gəldiyimiz kafelərdə, restoranlarda, xüsusən də şadlıq saraylarında qiymət artımı hər kəsin əsas müzakirə mövzusuna çevrilib. Hamını bir sual düşündürür: Bu bahalaşma nə vaxt dayanacaq və niyə menyulardakı rəqəmlər hər gün bir az da artır? Əslində, məsələyə dərindən baxanda görünür ki, bu, təkcə obyekt sahiblərinin qazanc istəyindən yox, həm də iqtisadiyyatın görünməyən çarxlarından qaynaqlanır.İqtisadçı Asif İbrahimov Demorkat.az-a açıqlamasında bildirib ki, bu vəziyyət birbaşa makroiqtisadi proseslərin nəticəsidir. Yəni, bir restoranın çay dəstgahının və ya şadlıq sarayının menyu qiymətini qaldırması bir neçə zəncirvari amillə bağlıdır. Burada ən böyük yük xərclərin üzərinə düşür. İşçilərin maaşlarının artması, logistika xərclərinin yüksəlməsi, işıq, qaz və su pulu kimi kommunal ödənişlər, ən əsası isə bazardakı ərzaq məhsullarının maya dəyərinin bahalaşması sahibkarı çıxılmaz vəziyyətdə qoyur.Rəqəmlərə baxsaq, mənzərə daha aydın olar. Məsələn, 2025-ci ildə ölkədə ümumi istehlak qiymətləri təxminən 6 faiz civarında artıb. Lakin xidmət və iaşə sektorunda bu rəqəm bir qədər də yüksəkdir. Bu o deməkdir ki, bahalaşma təkcə çörəyin, ətin qiymətində deyil, həm də o məhsulun süfrəyə gəlməsinə qədər çəkilən zəhmətdə və xidmətdədir. Üstəlik, toylara və banketlərə olan tələbatın artması da təklif olunan qiymətlərə öz təsirini göstərir.Ekspert hesab edir ki, yaxın aylarda qiymətlərin birdən-birə aşağı düşəcəyini gözləmək bir az sadəlövhlük olar. Çünki inflyasiya hələ də hiss olunmaqdadır. Amma iqtisadi mühit stabilləşdikcə, o kəskin artım tempinin yavaşlayacağı ehtimal edilir. Görünən odur ki, bu vəziyyətdə həm restoran işlədənlər öz strategiyalarına yenidən baxmalı, həm də biz istehlakçılar büdcəmizi bir az daha diqqətli planlamalıyıq. Çünki bu bahalaşma təkcə kiminsə istəyi deyil, qlobal və yerli iqtisadi dalğalanmaların ortaq nəticəsidir.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
demokrat.az

1Mənbələr