AZ

Peskov: "Xarici brendlər Rusiyaya tezliklə qayıdacaq"

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov "TASS" xəbər agentliyinəmüsahibəsindədilə gətirib. O bildirib ki, şirkətlərin mənfəətinə zərbə vuran siyasi təzyiq gec-tez aradan qalxacaq:

"Beləliklə, həmin şirkətlər Rusiyaya yenidən axışacaq. Əlbəttə, istənilən ölkənin iqtisadiyyatı müxtəlif mallara və xarici investisiyaya maraq göstərir. Xarici brendlərin Rusiya bazarında iştirakı, eyni zamanda, müsbət rəqabət mühiti yaradaraq yerli istehsalçıların inkişafına təkan verir".
Avtomobil şirkətləri Rusiyada yenidən fəaliyyətə başlayır

Xatırladaq ki, müxtəlif xarici şirkətlər 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi səbəbi ilə bu ölkədən çəkilib. 2024-cü ilin sonunadək xarici brendlərin 62%-i Rusiya bazarından tamamilə çıxıb. Son dövrdə isə şirkətlər tədricən Rusiyaya qayıtmağa başlayır. Belə ki, Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov Dövlət Dumasının müvafiq komitəsinin iclasında çıxışı əsnasında bildirib ki, müxtəlif sahələr üzrə bir çox xarici şirkət Rusiyada yenidən istehsala qayıdır:

"Rusiyanın Sankt-Peterburq şəhərindəki "Toyota" və Nijni Novqoroddakı "Volkswagen" avtomobil şirkətlərinin zavodlarının bu il yenidən istehsala başlaması planlaşdırılır".

Firudin Həmidli
AzVision.az
Seçilən
23
1
azvision.az

2Mənbələr