AZ

Yıldız “Yuventus”la yenidən anlaşdı

Nəhayət, Kənan Yıldızın gələcəyi ilə bağlı söz-söhbətə son qoyulub. Türk futbolçu “Yuventus”la müqaviləsini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu ilə 20 yaşlı yarımmüdafiəçi arasında bağlanan yeni müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Bir neçə gün əvvəl beynəlxalq mətbuatda yayılan xəbərlərə görə, yeni razılaşmadan sonra Yıldız “Yuventus”un ən çox qazanan futbolçularından biri olacaq.

Kənan Turin klubuna 2022-ci ilin yayında “Bavariya”dan keçib. O, cari mövsümdə bütün turnirlərdə 32 oyuna çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə verib.

Seçilən
68
football-plus.az

1Mənbələr