AZ

ABŞ-də universitetdə atışma – Ölənlər və yaralananlar var

ABŞ-də Cənubi Karolina Universitetinin yataqxana kompleksində atışma olub.

Milli.Az xəbər verir ki, atışma nəticəsində 2 nəfər həlak olub, bir nəfər yaralanıb.

Universitet rəsmiləri hələ ki, silahlı insidentin təfərrüatlarını, qurbanların kimliyini və yaralının hazırkı durumu ilə bağlı məlumat vermir.

Baş verən insidentdən sonra Oreyncburqdakı kampus yerli vaxtla 20.15-də bağlanıb və dörd saat ərzində əraziyə daxil olmaq mümkün olmayıb. Hazırda hüquq mühafizə orqnaları əməkdaşları, o cümlədən müstəntiqlər kampus ərazisinə səfərbər olunub, həminin kampusun ətrafında gücləndirilmiş patrul həyata keçirilir.

Fidan
Milli.Az

Seçilən
38
milli.az

1Mənbələr