AZ

Rusiyada FACİƏ: iki məktəbli ÖLÜ TAPILIB

Ajans.az Fontaka-ya istinadən xəbər verir ki, birinci şagird Laqoda küçəsindəki 12 mərtəbəli mənzil binasının pəncərələrinin altında tapılıb. Məktəbli qızın anası həmin vaxt evdə olmayıb. Hadisə yerinə gələn polis əməkdaşları şagirdin gündəliyini və telefonunu götürüblər. İkinci şagird isə Krasnoselski rayonundakı Budyonnı prospektində huşsuz vəziyyətdə tapılıb. Araşdırmalar göstərir ki, faciədən əvvəl o, bir kişi ilə ünsiyyətdə olub. Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün əlavə tədbirlər həyata keçirir. Qeyd edək ki, əvvəllər Volqoqradın Qribanova küçəsindəki Rodnikovaya Dolina yaşayış kompleksindəki binanın 16-cı mərtəbəsinin pəncərəsindən beşinci sinif şagirdi yıxılmış və xilas edilə bilməmişdi. Hüquq-mühafizə orqanları həmin hadisə ilə bağlı araşdırma aparıb və uşağın bədənində zorakılıq əlamətləri aşkar edilməyib. Hüquq-mühafizə orqanları hazırda bütün hallarla bağlı araşdırmalarını davam etdirir.

 

Seçilən
25
Ajans.az

1Mənbələr