AZ

"Azərbaycanla ABŞ-ın Cənubi Qafqazın gələcəyi bağlı baxışları bir-birinə yaxındır"

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir, energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır:

"Sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanan Xartiya tərəflərin suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və milli maraqlara hörmət əsasında iş birliyini genişləndirmək niyyətini əks etdirir. Xüsusi qeyd edilməlidir ki, dünyanın ən qüdrətli dövləti ilə ölkəmizin əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi bir çox cəhətdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti sayəsində mümkün olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji-nəqliyyat layihələrinin əsas iştirakçısı, müstəqil xarici siyasət yeridən bir dövlət kimi böyük nüfuz qazanıb"

Spiker əlavə edib ki, bu gün bölgəmizin dərin dəyişikliklərə məruz qaldığı bir şəraitdə Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə əsaslanır : "Biz Ermənistanla Azərbaycan arasında sülh yaradılmasınaBirləşmiş Ştatların, xüsusən Prezident cənab Donald Trampın verdiyi töhfəni yüksək qiymətləndiririk. ABŞ-ın dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır, iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar açır. Vitse-prezident cənab Vensin səfəri göstərdi ki, Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionunun gələcək inkişafı ilə baxışları bir-birinə yaxındır. Bizim əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də Xəzər dənizindən Avropaya qədər geniş bir bölgənin maraqlarına xidmət edir. Əminliklə söyləmək olar ki, səfər çərçivəsində əldə edilmiş razılaşmalar Amerika–Azərbaycan münasibətlərinin ardıcıl və dinamikinkişafını təmin edəcək, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır".

AzVision.az
Seçilən
33
7
azvision.az

10Mənbələr