AZ

Mehdiyevin 17 milyonu Qarabağa xərclənə bilər AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ramiz Mehdiyev 17 000 000 manatdan artıq pul vəsaitini leqallaşdırıb. Xəbər verildiyi kimi, bu barədə Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib.“13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 000 000 manatdan artıq pul vəsaitini leqallaşdıırıb”, - məlumatda deyilir.

DTX-dən o da qeyd edilib ki, sadalanan cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zahiov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Bu vəsaitlər ondan geri alındıqdan sonra azad olunan ərazilərimizin bərpasına yönəldilməsi təklif olunur.

Təklifin gerçəkləşməsi mümkündürmü?Demkrat.az xəbər verir ki,  ​​​​​​​Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, azad olunan ərazilərdə quruculuq işləri üçün 2026-cı ilin büdcəsindən vəsait ayrılıb. Onun sözlərinə görə, ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb: "2026 üçün 3.5 milyard manat ayrılıb. Bu da kifayət qədər ciddi rəqəmdir və bu ilin sonuna qədər azad Qarabağda daha da böyük işlər görüləcək, layihələr həyata keçiriləcək. O ki qaldı Ramiz Mehdiyev və ümumən korrupsiya yolu ilə vəsait əldə etmiş keçmiş məmurlara, onlardan alınan pul dövlətin balansına qaytarılır. Ramiz Mehdiyevə irəli sürülən ittihamlardan biri də cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılmasıdır. Həmin vəsait indi geri alınaraq dövlət büdcəsinə qaytarılacaq. Ondan sonra həmin maliyyənin hansı təyinat üzrə sərf olunmasına hökumət qərar verəcək. Təbii ki, 17 milyon manat ciddi məbləğdir və bu pul azad olunan ərazilərə də xərclənə bilər, hər hansı sosial proyektlərə də. Əsas məsələ mənimsənilmiş pulun geri qaytarılmasıdır. İstisna etmirəm ki, Mehdiyevin 17 milyondan çox pulu var və bunu da araşdıracaqlar".

Ç.Qənizadə qeyd edib ki, təkcə Mehdiyev deyil, həbs olunan keçmiş icra başçıları və bir sıra sabiq məmurlardan milyonlar çıxıb:"O pullar Qarabağda görülən işlərə yönəldilə bilər. Əslində, həmin vəsaitlər büdcədən maxinasiya edilərək silinib. Odur ki, dövlətə də qayıtmalıdır. Bu hadisələr həm də ibrət dərsi olmalıdır ki, dövlətin pulunu yeyənlər cəzasını alacaqlar. Bunu bariz nümunəsi Ramiz Mehdiyevdir. Çünki illərlə idarəetmədə mühüm vəzifə tutub, korrupsiyanın başında durub. Bu fakt göstərir ki, korrupsiya ilə mübarizədə bundan sonra da ciddi addımlar atılacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
demokrat.az

1Mənbələr