AZ

Şoyqu İrəvanla Vaşinqton arasında imzalanan müqaviləni şərh edib: ABŞ indiyədək heç bir modul reaktor tikməyib

ABŞ indiyədək bir dənə də olsun modul reaktor tikməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri zamanı İrəvanla Vaşinqton arasında imzalanan müqaviləni şərh edərkən deyib.

"Amerikalıların həmişə çox cəlbedici biznes təklifləri olur, amma ABŞ hələ bir dənə də olsun kiçik modul reaktor tikməyib, onu işə salmayıb və ya hətta sənaye istismarını da təcrübədən keçirməyib. Ermənistanın ali rəhbərliyi Rusiyanın nüvə enerjisi ilə bağlı təkliflərindən xəbərdardır", - Şoyqu vurğulayıb.

Seçilən
24
3
apa.az

4Mənbələr