AZ

UNEC magistrlərinə xarici universitetlərdən elmi rəhbərlər təyin edilməsi təcrübəsi genişlənir Rektor

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) magistrlərinə xarici universitetlərdən elmi rəhbərlər təyin edilməsi təcrübəsi genişlənir. Cari tədris ilində 1-ci kursa qəbul olmuş 200 magistrə (Ms) də  93 xarici elmi rəhbərlərin  təyin edilməsini təsdiqlədim. Yeni elmi rəhbərlər 20 xarici ölkənin fərqli universitetlərini təmsil edirlər”.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, keçən illə müqayisədə xarici elmi rəhbərlə tədqiqat aparacaq magistrlərin sayı 38 faiz, xarici elmi rəhbərlərin sayı 41 faiz, elmi rəhbərlərin təmsil olunduğu xarici ölkələrin sayı isə 33 faiz artıb.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
130
525.az

1Mənbələr