AZ

Qarabağ ın avrokubok gəlirləri: Rəsmi rəqəmlər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın geridə qalan mövsümdə UEFA Avropa Liqasındakı iştirakından qazandığı vəsaitin həcmi bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar UEFA-nın cari mövsümlə bağlı təqdim etdiyi rəsmi maliyyə hesabatında yer alıb.

Ölkə çempionu Avropa Liqasının əsas mərhələsindəki çıxışına görə büdcəsinə ümumilikdə 7 milyon 858 min avro əlavə edib.

Həmin məbləğin 4 milyon 310 min avrosu komandanın turnirin liqa mərhələsinə vəsiqə qazanması qarşılığında ödənilib.

Marketinq və yayım hüquqlarından gəlirlər 3 milyon 15 min avro olub. "Qarabağ" əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun reytinq sıralamasına əsasən isə 75 min avro qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
2
oxu.az

3Mənbələr