AZ

"Sağlam məhəllə”yə 1.3 milyon xərclənəcək

"Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinə 1 319 663 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Sahil İnşaat 2020” MMC həyata keçirəcək.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti və MMC arasında müqavilə bağlanıb.

 

Cabir

Tarix: 13 Fevral 2026, 13:40   
Seçilən
12
pravda.az

1Mənbələr