AZ

Bu ərazilərdəki binalar da sökülməlidir Deputat

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hava limanları yalnız nəqliyyat axınının təmin olunmasına xidmət edən obyektlər deyil, eyni zamanda ölkənin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan mühüm infrastruktur elementləridir.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa səsləndirib.

O vurğulayıb ki, dövlətin ehtiyaclarının tam qarşılanması üçün bu sahədə qanunvericilik bazasının daha dəqiq və sistemli şəkildə tənzimlənməsi vacibdir.

Deputat həmçinin qeyd edib ki, Bakıda yüzlərlə qəzalı bina ilə bağlı problem hələ də öz həllini gözləyir:

“Paytaxtın mərkəzində memarlıq baxımından dəyərli hesab olunan binalar nisbətən az risk yaratsa da, Sabunçu, Suraxanı, Qaradağ və Xəzər kimi rayonlarda vəziyyət daha ciddi xarakter daşıyır. Sovet dövründən qalan və istismar müddətini başa vurmuş binalarda yaşayan sakinlərin köçürülməsi isə iqtisadi cəhətdən cəlbedici olmadığı üçün sahibkarlar tərəfindən yetərincə maraq doğurmur”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
globalinfo.az

1Mənbələr