AZ

Dövlətin içində olub dövlətə qarşı plan qurmaq iddiası varsa, bu, siyasi tarixdə ən ağır ləkədir Akimova

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yeni detallar yayılıb. 

Belə ki, sözügedən səs yazıları, cinayət yolu ilə əldə edilən 17 milyon manat vəsait cəmiyyətdə də əvvəl olduğu kimi birmənalı qarşılanmayıb. 

Hazırda deputatlar, xüsusilə də Yeni Azərbaycan Partiyasından olan deputatlar Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməli olduğunu bildirirlər.

Bu barədə Milli Məclisin YAP-dan olan deputatı Elnarə Akimova da Gununsesi.info-ya danışıb.

O bildirib ki, dövlətə xəyanət ittihamı ilə adı hallanan bir fiqurun partiya sıralarında qalması həmin təşkilatın siyasi və mənəvi yükünü ağırlaşdırır:

“Əgər illərlə dövlətin çörəyini yeyən, yüksək postlarda oturan, siyasətin ən məxfi mexanizmlərinə çıxışı olan bir şəxs həqiqətən də başqa ölkələrin rəhbərləri və ya strukturları ilə gizli əlaqələr quraraq hakimiyyət planları cızıbsa, bu, bağışlanacaq məsələ deyil. Bu, siyasi ambisiyanın dövlət maraqlarından üstün tutulmasının ən təhlükəli formasıdır. Dövlətə sədaqət tribunadan səsləndirilən şüar yox, konkret davranışdır. Əgər o davranış pozulubsa, siyasi keçmiş heç nəyi dəyişmir”.

Parlamentari o cümlədən deyib:

“Mənim mövqeyim aydındır: belə ağır ittihamların fonunda partiyanın susması və ya tərəddüd etməsi yanlış olardı. Əgər istintaq faktlarla danışırsa, partiya da prinsipial mövqe göstərməlidir. Dövlətə xəyanət iddiası adi intizam pozuntusu deyil ki, gözlənilsin və ya görməməzlikdən gəlinsin. Bu, siyasi məsuliyyət tələb edən məsələdir. Bu hadisə bir şeyi açıq göstərir: heç kim toxunulmaz deyil. Dövlətin içində olub dövlətə qarşı plan qurmaq iddiası varsa, bu, siyasi tarixdə ən ağır ləkədir. Hakim partiyanın deputatlarının səsləndirdiyi tələb də məhz bu reallığın qəbuludur — etimadı qorumaq üçün sərt və açıq mövqe lazımdır. Dövlətin marağı şəxsi münasibətlərdən və keçmiş xidmətlərdən həmişə üstün olmalıdır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
icma.az

1Mənbələr