AZ

Tanınmış aktyor beynəlxalq AXTARIŞA VERİLİB

Ajans.az yerli mediaya istinadən xəbər verir ki,Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi təyin olunan Smolyaninov-un ifadələri cinayət qanunvericiliyi çərçivəsində qiymətləndirilib. Müstəntiqlər müəyyən ediblər ki, aktyor xaricdən verdiyi onlayn müsahibədə Rusiya hərbçilərinin hərəkətləri barədə bilərəkdən yalan məlumat yayıb. Ona qiyabi ittiham irəli sürülüb. Smolyaninov-a qarşı iş 16 yanvar 2023-cü ildə başlanıb. 2024-cü ilin oktyabrında o, əvvəl federal, daha sonra isə beynəlxalq axtarışa verilib. Müsahibələrindən birində aktyor bildirib ki, əgər o döyüşmək qərarına gəlsəydi, Ukrayna tərəfində olardı və bununla bəzi “qardaşlarını” digərlərindən qoruyacağını qeyd edib. O həmçinin Rusiyaya nüvə zərbəsi endirilməsinə etiraz etməyəcəyini açıqlayıb. Smolyaninov-un qalmaqallı açıqlamaları və davranışları sosial şəbəkələrdə geniş müzakirə olunur və onun hüquqi vəziyyəti ciddi beynəlxalq diqqət mərkəzindədir.

 

Seçilən
91
Ajans.az

1Mənbələr