AZ

İran dövlət televiziyası İsrail rəsmilərinə dair “sui-qəsd siyahısı” yayımlayıb

İranın dövlət televiziyasına bağlı “Üfüq” telekanalı İsrailin yüksək vəzifəli rəsmilərinin yer aldığı və “birbaşa təhdid” kimi dəyərləndirilən siyahını efirə verib.

Missiya.Az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, siyahıda İsrailin Baş naziri Benyamin Netanyahu, Mossad rəhbəri David Barnea, müdafiə naziri Yisrael Katz, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbi rəhbərlər yer alıb.

Qeyd olunub ki, efir zamanı adıçəkilən şəxslərin hədəf nişanları ilə görüntüləri göstərilib. Aparıcı ivrit dilində “Ölüm vaxtınızı təyin edəcəyik, Əbabili gözləyin” ifadəsini işlədib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr