AZ

Türkiyədə sel təhlükəsinə görə bəzi məktəblərdə tətil elan edilib

Türkiyənin Antalya vilayətinin 7 rayonunda sel təhlükəsinə görə məktəblərdə 1 günlük tətil elan edilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Antalyada səhər saatlarından başlayan güclü leysan küçə və prospektlərdə su yığılmasına, nəqliyyatda ləngimələrə səbəb olub.

Konyaaltı, Muratpaşa və Kepezdə bəzi yeraltı keçidlər bağlanıb.

Valilik vətəndaşları sel riskinə qarşı ehtiyatlı olmağa çağırıb.

Türkiyədə
Seçilən
34
4
apa.az

10Mənbələr