
Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa öz işinə başlayıb.
Missiya.Az report-a istinadən xəbər verir ki, müzakirələr zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər.