AZ

Əli Kərimli "qara işlərini" Fuad Qəhrəmanlı ilə görürmüş

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli müavini  Fuad Qəhrəmanlının vasitəsilə pul alması barədə görüntülər yayımlanıb.

"Unikal" xatırladır ki, 2019-cu ildə məlum hadisələr zamanı feminist düşərgənin və cəmiyyətin ciddi tələbləri qarşısında belə geri çəkilməyən Əli Kərimli məhz həmin dövrdə keçirilən kütləvi aksiyalar zamanı Fuad Qəhrəmanlının imkanlarından maksimum yararlanmağı hədəfləmişdi və nəticədə onu müdafiə etməklə 2020-ci ilin iyul ayında Tovuz hadisələri ilə bağlı keçirilmiş aksiyada bu prosesi reallaşdırdı.

Bu da onu göstərir ki, Əli Kərimli Fuad Qəhrəmanlı "kartından" hər zaman istifadə etməyə çalışıb. Nəticədə isə F.Qəhrəmanlı ölkədən qaçıb. O, hazırda xaricdə gizlənməyə davam edir.

Seymur Əli

Seçilən
32
1
unikal.az

2Mənbələr