AZ

Məişət zorakılığı ilə bağlı mühafizə orderlərinin sayı artıb - RƏSMİ

BAKI, 13 fevral. TELEQRAF

2025-ci ildə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb, 109 vətəndaşa mühafizə orderi verilib.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair Kollegiya iclasında deyib.

O bildirib ki, 2024-cü ildə isə 108 belə mühafizə orderi verilib.

"2023-cü illə müqayisədə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında verilən mühafizə orderlərinin sayı 30% artıb. Belə ki, Komitə tərəfindən2022- ci ildə 46, 2023-cü ildə 83 mühafizə orderi verilib", - o vurğulayıb.

Seçilən
37
1
teleqraf.com

2Mənbələr