AZ

Azərbaycan Qazaxıstana ispanaq ixrac etməyə başlayıb

Ötən ilin ilk 11 ayında Azərbaycan 275,4 min ABŞ dolları dəyərində 489,8 ton ispanaq ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 275 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % çoxdur) 489,4 ton (+29,7 %) və Qazaxıstana 0,4 min ABŞ dolları dəyərində 0,35 ton ispanaq satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük həyata keçirilib.

Seçilən
16
2
bakivaxti.az

3Mənbələr