AZ

Rusiya Mərkəzi Bankı ardıcıl altıncı dəfə uçot dərəcəsini endirib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 16%-dən 15,5%-ə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının yaydığı press-relizdə bildirib.

    Qeyd olunub ki, ölkədə iqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağa davam edir.

    “Yanvar ayında qiymət artımı birdəfəlik amillər səbəbindən əhəmiyyətli dərəcədə sürətlənib. Lakin Rusiya Bankı cari qiymət artımının davamlı göstəricilərinin əhəmiyyətli dərəcədə dəyişmədiyini təxmin edir", - deyə tənzimləyici mətbuat açıqlamasında qeyd olunub.
    Qeyd edək ki, bu, ardıcıl altıncı uçot dərəcəsi endirimidir. Uçot dərəcəsi sonuncu dəfə 2025-ci ilin dekabr ayında eyni miqdarda (16,5%-dən 16%-ə) endirilmişdi.

    Bundan əvvəl Mərkəzi Bank uçot dərəcəsini 2025-ci ilin iyun ayında 21%-dən 20%-ə, iyulda 18%-ə, sentyabrda 17%-ə və oktyabrda 16,5%-ə endirib.

    Seçilən
    25
    4
    bakivaxti.az

    5Mənbələr