AZ

Premyer Liqanın yayımında yenilik – Görüşlər iki kanalda canlı yayımlanacaq! (EKSKLÜZİV)

Azərbaycan Premyer Liqasının oyunları təkcə “CBC Sport” kanalında canlı yayımlanmayacaq.

İdmanxeber.az-a daxil olan informsiyaya görə, Premyer Liqanın görüşlərini “CBC Sport”la yanaşı “İdman Azərbaycan” kanalı da birbaşa tamaşaçılara nümayiş etdirəcək.

Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən 20-ci turdan etibarən görüşlər bu iki kanalda canlı yayımlanacaq.

Hətta növbəti mövsümdən etibarən Premyer Liqa matçlarının bu iki kanalda müştərək qaydada yayımlanması gözlənilir.

Seçilən
19
idmanxeber.az

1Mənbələr