AZ

Roma yaxınlığında daşqın və sürüşmə: ölən və yaralananlar var

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 fevral, AZƏRTAC

Roma yaxınlığındakı Formello ərazisində baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

AZƏRTAC İtaliyanın ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti sabitdir. Cənubi İtaliyada davam edən güclü yağışlar Kosenza vilayətində çayların daşmasına səbəb olub. Təbii fəlakət bir neçə ailəyə ziyan vurub.

Alimlər bildirirlər ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi belə ekstremal hava hadisələrini daha da artırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
1
azertag.az

2Mənbələr