AZ

Elektron qolbaq - Məhdudiyyətlər nələrdir?

Bəzi hallarda məhkəmə həbs əvəzinə şəxs barəsində ev dustaqlığı qərarı verir. Bu zaman həmin şəxslər yaşayış yerini tərk etmədən, xüsusi elektron nəzarət vasitəsi – elektron qolbaqla nəzarət altında saxlanılır. Elektron nəzarət sistemi həm hüquq-mühafizə orqanlarına şəxsin hərəkətlərini izləməyə imkan verir, həm də cəmiyyət üçün təhlükəsizlik mexanizmi hesab olunur.  Bəs, elektron qolbaq taxılan şəxsə hansı qadağalar qoyulur?

Mövzu ilə bağlı Missiya.Az-a danışan vəkil Cavanşır Qasımzadə bildirib ki, qanunvericiliyə əsasən, elektron qolbaq həm məhkum edilmiş şəxslər, həm də qəti imkan tədbiri seçilmiş şəxslər barəsində tətbiq edilə bilər:

"Bu baxımdan əsas hüquqi aktlar Cəzaların İcrası Məcəlləsi, Cinayət Məcəlləsi və Nazirlər Kabinetinin elektron qolbaq nəzarəti ilə bağlı qərarıdır",- deyə vurğulayıb.

Vəkil qeyd edib ki, elektron qolbaqla yanaşı, şəxslərin üzərinə əlavə məhdudiyyətlər də qoyula bilər:

"Bunlara yaşayış yerini tərk etməmək, məhkəmənin göstərişlərinə əməl etmək, müəyyən ərazilərin hüdudlarını aşmamaq və rabitə, internet istifadəsinin məhdudlaşdırılması daxildir. Həmçinin, şəxslərdən nəzarət vasitəsinə qulluq etmələri, onu korlamamaları və gizlətməmələri tələb olunur. Bəzən şəxslər qolbaq vasitəsilə izlənməməyə çalışırlar, lakin bu qanuna ziddir",- Cavanşir Qasımzadə əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr