AZ

“Bakı və İrəvan arasında sülh bütün Qafqazın transformasiyası üçün imkanlar açır”

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən sülh müqaviləsi bütün Cənubi Qafqazda transformasiya üçün imkanlar açır.

"Yeni Sabah" Gürcüstanın "Netgazeti" qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qurum bildirib ki, Gürcüstan həm bu müqavilənin potensial sabitliyinə və rifahına töhfə verə, həm də ondan əhəmiyyətli dərəcədə faydalana bilər.

"İkitərəfli münasibətlərimiz və ölkədəki siyasi vəziyyətlə bağlı məsələlərdə Gürcüstan hökuməti ilə əlaqə saxlamağa davam edəcəyik. Həmçinin, Gürcüstan hökumətinin ölkələrimiz arasında münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsinə sadiqliyini nümayiş etdirmək üçün ata biləcəyi konkret addımları müzakirə edirik", - deyə ABŞ Dövlət Departamenti vurğulayıb.

O əlavə edib ki, ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa sadiqdir.


Telegram kanalımız
Seçilən
31
1
yenisabah.az

2Mənbələr