Misli Premyer Liqasının yayımlarında dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, bu turdan etibarən görüşlər iki kanal vasitəsilə yayımlanacaq.

"CBC Sport"dan başqa "İdman TV" də qarşılaşmaları canlı olaraq izləyicilərə çatdıracaq.

MPL-də XX turun 14-16 fevral tarixlərində oynanılacaq.

Qeyd edək ki, Premyer Liqa 2015-ci ildən bəri "CBC Sport"da yayımlanırdı.

(idmanxeber.az)