AZ

21 yaşlı ana övladını böyütməkdən niyə imtina ETDİ?

Gəncədəki yataqxanalardan birində yaşayan 21 yaşlı qadın ötən ilin dekabrında dünyaya gətirdiyi qız uşağını böyütmək istəmədiyini açıqlayıb və bu barədə müvafiq qurumlara müraciət edib.

Milli.Az xəbər verir ki, ana təklif edilən sosial dəstək və yardımlardan imtina etdiyi üçün körpə hazırda Gəncə Uşaq Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsinin məlumatına görə, uşağın müalicəsi davam edir və vəziyyəti stabildir.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, müraciət 2026-cı ilin yanvar ayında daxil olub. Ana, müxtəlif şəxsi səbəblərini əsas gətirərək qızının uşaq müəssisəsinə verilməsini xahiş edib. Agentliyin əməkdaşları dərhal ananın yaşadığı ünvana gedərək vəziyyəti qiymətləndiriblər və körpəyə baxmaq üçün sosial dəstək paketini təklif ediblər, lakin ana bundan imtina edib.

Nəticədə körpə tibbi müayinələrdən keçirilib. Müayinələr tamamlandıqdan sonra uşağın uzunmüddətli qayğı və təhlükəsizliyini təmin etmək məqsədilə o, körpələr evinə yerləşdiriləcək.

Asya
Milli.Az 

Seçilən
29
2
milli.az

3Mənbələr