AZ

Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb

Ötən il Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb.

Aznews.az xəbər verir ki, bunu Naxçıvanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qurumun 2025-ci ildə fəaliyyətinin yekunlarına dair kollegiya iclasında deyib.

Onun sözlərinə görə, uşaq əməyinin istismarı ilə bağlı Babək rayonunda 9, Kəngərli rayonunda 1 fakt qeydə alınıb:

"Ailə-məişət zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan və Dövlət Komitəsinə daxil olan müraciətlərlə əlaqədar 98 münaqişəli ailə ilə görüşlər keçirilib. Ərazi polis orqanları tərəfindən qeydiyyata götürülmüş 46 münaqişəli ailədən 12-də münaqişə dayandığı üçün profilaktiki və digər tədbirlər sonlandırılıb".

Aznews.az

DİGƏR XƏBƏRLƏR


Warning:Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 95
Seçilən
27
6
aznews.az

9Mənbələr