AZ

Cənubi Qafqazın təhlükəsizliyi Avropa üçün mühüm əhəmiyyət daşıyır - Macarıstan MN (ÖZƏL MÜSAHİBƏ)

Münxen. Trend:

Cənubi Qafqaz regionunun təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır,buna görə də bu bölgədə sülh və sabitliyin təmin olunması bütünAvropanın birinci dərəcəli maraqlarına uyğundur.

Bu barədə Münxen Təhlükəsizlik Konfransı ərəfəsində MacarıstanınMüdafiə Nazirliyindən Trend-ə bildirilib.

“Ölkəmiz sülhün əldə olunmasına yönəlmiş bütün təklif vətəşəbbüsləri dəstəkləyir. Azərbaycan və Ermənistan arasında sülhprosesi çərçivəsində 2025-ci ilin avqustunda “Beynəlxalq Sülh vəRifah naminə Tramp Marşrutu” (TRIPP) razılaşdırılıb və sonrakıdanışıqların mümkün olması ABŞ Prezidenti Donald Trampın mühümdəstəyi sayəsində təmin edilib”, – qurumdan qeyd olunub.

Vurğulanıb ki, genişmiqyaslı Rusiya–Ukrayna münaqişəsininbaşlamasından bir neçə il əvvəl Budapeşt ümumavropa təhlükəsizlikmühitinin pisləşməsi fonunda təhlükəsizlik və müdafiə məsələlərinədiqqətin artırılmasına zərurətin olduğu qənaətinə gəlib.

“Bununla əlaqədar olaraq, Macarıstan müdafiə xərclərini artırmaqbarədə qərar qəbul edib və 2016-cı ildə Silahlı Qüvvələrin"Hərtərəfli Milli Müdafiə və İnkişaf Proqramı"nı işə salıb. Son 10il ərzində ölkə maliyyələşməni əhəmiyyətli dərəcədə artıraraq,ilkin müəyyən edilmiş müddətdən bir il əvvəl – artıq 2023-cü ildəÜDM-in 2 faizi səviyyəsinə nail olub. Bundan əlavə, Haaqasammitində Macarıstan 2035-ci ilədək müdafiə və təhlükəsizlikxərclərinin ÜDM-in 5 faizinə çatdırılması təşəbbüsünü dəstəkləyibvə bu strateji məqsədi ardıcıl şəkildə həyata keçirməkniyyətindədir.

Modernləşmə proqramı artıq təxminən on ildir icra olunduğundan,bir sıra istiqamətlər üzrə real nəticələr nümayiş etdirə bilirik.Əsasən sovet mənşəli köhnəlmiş silahlanma müasir texnika ilə fəalşəkildə əvəz olunur. Proqram Macarıstan Silahlı Qüvvələrinin bütünimkanlar spektrinin yenilənməsinə yönəlib ki, bu da yalnız millimüdafiə potensialının möhkəmləndirilməsinə deyil, həm də NATO-nunçəkindirmə və müdafiə imkanlarının gücləndirilməsinə töhfə verir.Beləliklə, Macarıstanın müdafiə planları NATO və Avropa İttifaqınıntələbləri və məqsədləri ilə tam uzlaşdırılıb”, – nazirlikdənbildirilib.

Macarıstan Müdafiə Nazirliyindən qeyd edilib ki, hazırkı həssasvə sürətlə dəyişən təhlükəsizlik mühitində NATO-nun rolu xüsusiəhəmiyyət kəsb edir.

“İttifaq Avropa təhlükəsizliyinin təməl daşıdır. Ötən il Haaqadakeçirilən sammitdə biz transatlantik əlaqələrin möhkəmliyi vəAvropa müttəfiqləri ilə Kanadanın regional təhlükəsizliyin təminolunmasında daha böyük məsuliyyət götürmək əzmi barədə aydın mesajverdik. Avropaya ABŞ müttəfiq kimi lazımdır. Yalnız real, pozitivvə praqmatik yanaşma ABŞ-nin iştirakını qoruyub saxlamasına imkanverəcək.

Etibarlı müttəfiq kimi Macarıstan ədalətli yük bölgüsünəsadiqdir və öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli səylərgöstərir”, – deyə qurumdan bildirilib.

Nazirlikdə vurğulanıb ki, Aİ ilə NATO arasında əməkdaşlıqhəlledici əhəmiyyət daşıyır, çünki Avro-Atlantik birliyin qorunmasıson dərəcə vacib olaraq qalır.

“Biz həm NATO-nun, həm də Avropa İttifaqının kompleks təhdidlərvə ümumi qeyri-müəyyənliklə bağlı yeni reallıqlara uyğunlaşmasınıalqışlayırıq. Bununla yanaşı, funksiyaların və paralel fəaliyyətistiqamətlərinin həddindən artıq təkrarlanmasından qaçmaqzəruridir.

Macarıstan hesab edir ki, qarşılıqlı bağlılıq beynəlxalqsabitliyin möhkəmlənməsinə xidmət edir. Avropa dövlətləri qlobaltərəfdaşlarla əməkdaşlığı fəallaşdırmalıdır. Bu qarşılıqlıfəaliyyət praqmatik və qarşılıqlı faydalı olmalıdır. Sabitliyinqorunması naminə hətta mürəkkəb tərəfdaşlar və potensial rəqiblərləbelə dialoqa açıq qalmalıyıq”, – deyə nazirlikdə bildirilib.

Qurumda qeyd olunub ki, 2026-cı il mühüm siyasi və təhlükəsizlikməsələləri ilə başlayıb.

“Avropa təhlükəsizlik arxitekturasına təsir edən ciddiçağırışlar mövcuddur: beynəlxalq nizamın dəyişməsi, böyük dövlətlərarasında rəqabət və qonşuluğumuzda gedən müharibə. Kompleks 360dərəcəlik yanaşmanın qorunması son dərəcə vacibdir. Avropanındayanıqlılığı həm şərqdən, həm də cənubdan gələn təhdidlərin nəzərəalınmasını tələb edir. Cənubdan qaynaqlanan çağırışlar – terrorizmvə qanunsuz miqrasiya kimi – təhlükəsizliyimiz üçün hələ də cidditəhdid olaraq qalır. Bununla əlaqədar olaraq, Macarıstan regionaxüsusi diqqət yetirir. Biz xüsusilə NATO-nun cənub cinahınafokuslanmaqla, sülhməramlı əməliyyatlarda, missiyalarda və digərfəaliyyətlərdə iştirak etməklə münaqişələrin qarşısının alınmasınavə sabitliyin qorunmasına sadiq qalırıq. Xüsusilə, Macarıstan QərbiBalkanlarda sabitlik və təhlükəsizliyin təmin olunmasına tamsadiqdir”, – deyə nazirlikdən bildirilib.

Məqalədə:
Seçilən
30
1
az.trend.az

2Mənbələr