AZ

İsrailin istədiyi olmadı, ABŞ qırıcılar göndərdi Tramp qərarını dəyişir?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“İsrail və ABŞ arasında münasibətlər yaxşı olsa da, Yaxın Şərqin ümumi vəziyyəti heç də müsbət deyil.”

Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Vaşinqton Təl-Əvivə növbəti hərbi yardımı təqdim edib:

“Yeni tipli F-35 qırıcı təyyarələri İsrailə verildi. Bu gün İranla əlaqələr gərgindir. Görünən odur ki, Qəzzada HƏMAS ilə İsrail arasında qarşıdurma baş verəndə Təl-Əvivin maraqları ABŞ tərəfindən nəzərə alınmayıb. Qəzzada sülh sazişinin imzalanması, həm BMT-nin, həm də ABŞ-ın təkliflərinə baxmayaraq İsrailin istədiyi kimi olmayıb.

Bundan başqa, İsralin Qətərə hava hücumu həyata keçirməsi və HƏMAS liderlərinin öldürülməsi də vəziyyəti gərginləşdirib. Yəni görünən odur ki, İsrailin ABŞ ilə strateji müttəfiqliyi mövcuddur, lakin regionda ərəb dövlətlərinin dəstəyi daha önəmli rol oynayır. Bu gün Vaşinqtonun Səudiyyə Ərəbistanı və Qətərlə əməkdaşlığı daha çox ön plana çıxır. Digər tərəfdən, İranın nüvə silahı əldə etməsi, hökumət əleyhinə kütləvi etirazlara silahlı müdaxilənin olması münasibətləri daha da gərginləşdirir.

Yusif Bağırzadə

Buna baxmayaraq, ABŞ-İsrail münasibətləri sadəcə Prezident Donald Tramp və baş nazir Benyamin Netanyahudan asılı deyil, dövlətlərarası strateji əlaqələr üzərində qurulub. Əgər İran ABŞ-ın uranın zənginləşdirilməsinə məhdudiyyət qoyulması tələbini qəbul etməsə və ballistik raket istehsalını dayandırmasa, müharibə riski arta bilər. Lakin bu şərtlər qəbul edilərsə, münaqişə baş verməyəcək. Çünki Qətər və Türkiyə bir tərəfdən ABŞ-ı İranla müharibədən uzaq saxlamağa çalışır.”

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr