AZ

Naxçıvanda 10 uşaq istismara məruz qalıb

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

"Ötən il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində uşaq əməyinin istismarına yol verilməməsi məqsədilə monitorinqlər həyata keçirilib".

Oxu.Az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qurumun müvafiq dövr üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Kollegiya iclası zamanı danışıb.

Sədr qeyd edib ki, daxil olmuş məlumatlar əsasında 10 azyaşlının əməyinin istismar edilməsi hallarının qarşısı alınıb:

"Ümumilikdə 10 uşaq istismara məruz qalıb ki, onlardan 9-u Babək, 1-i isə Kəngərli rayonunun payına düşür. İstismar hallarının qarşısı alındıqdan sonra həmin uşaqların təhsilə davamiyyəti nəzarət altına alınıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
1
hurriyyet.az

2Mənbələr