AZ

İran bu şəxsləri sərbəst buraxdı

Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranda qısa müddət əvvəl saxlanılan iki islahatçı siyasətçi – Cavad İmam və İbrahim Əsgərzadə azadlığa buraxılıb.

Bu barədə “Şərq” qəzeti məlumat yayıb. Qeyd olunub ki, İslahat Cəbhəsinin sözçüsü Cavad İmam və islahatçı siyasi fəal İbrahim Əsgərzadə ilkin istintaq tədbirlərindən sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, İslahat Cəbhəsinin sədri Azər Mənsuri, Siyasi Komitənin rəhbəri İbrahim Əsgərzadə, sabiq prezident Məhəmməd Xatəminin hökumətində xarici işlər nazirinin müavini olmuş Möhsin Əminzadə, İslahat Cəbhəsinin sözçüsü Cavad İmam, islahatçı siyasətçi Əli Şəkuri Rad və müxalif lider Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi qısa müddət əvvəl “konstitusiyaya zidd fəaliyyət” ittihamı ilə saxlanılmışdılar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
hurriyyet.az

1Mənbələr