AZ

YAP-ın növbəti qurultayının vaxtı AÇIQLANDI

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı gələn ay keçiriləcək. 

Bu barədə  Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından məlumat verilib. 

Bildirilib ki, qurultay hakim partiyanın Nizamnaməsinə uyğun keçiriləcək. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq.

Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildə bir keçirilir.

Seçilən
25
2
news365.az

3Mənbələr