Azərbaycanın şimal-qərb bölgəsində 2 idarə rəisi işdən çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə 2016-cı ildən rəhbərlik edən Məhəmməd Şərifov işdən çıxarılıb və direktor əvəzi vəzifəsinə Elvin Səmədov gətirilib.
Xatırladaq ki, Elvin Səmədov bir neçə il idi ki, həmin idarədə direktorun müavini işləyirdi. O, Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Səmədovun oğludur.
Digər bir əmrlə 2016-cı ildən Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbərlik edən Rahib Əhmədov vəzifəsindən azad edilib. Onun yerinə Namiq Ağayev direktor əvəzi təyin olunub. (Qaynarinfo)