Lənkəran rayonunun Ürgə və Şirin Quyu kəndi ərazisində magistral yolun kənarlarından, eləcə də dəniz sahilindən qum-çınqıl daşınır. Bəs bu qanunsuz fəaliyyətin qarşısı niyə alınmır?Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülər köhnə kadrlardır. Həmçinin qeyd olunub ki, rayon ərazisindən qanunsuz olaraq qum və çınqıl daşınması hallarına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir və məsələ nəzarətdə saxlanılır: “Buna baxmayaraq, gecə saatlarında naməlum şəxslər tərəfindən belə cəhdlər baş verir ki, yerli bələdiyyələr tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciətlər ünvanlanır və mütəmadi olaraq birgə reydlər təşkil edilir”.Sevinc İbrahimzadə / Metbuat.az