Ladoqa gölündə xizəkçi buzun altına düşərək həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Priozersk xilasediciləri kişinin itkin düşməsi barədə daxil olan müraciətdən sonra axtarışlara başlayıblar.
Müəyyən edilib ki, xizəkçi Kareliya Respublikasının Laxdenpox rayonunda Kilpola adasından Selkamarjansari adası istiqamətində hərəkət edirmiş.
Xilasedicilər ərazidə xizəkçinin buzun altına düşdüyü yarığı aşkar ediblər. Hadisə nəticəsində xizəkçi həyatını itirib.
Onun meyiti sudan çıxarılaraq sahilə gətirilib və aidiyyəti üzrə polis əməkdaşlarına təhvil verilib.
Xuraman Etibarlı
İnterpress.az